Putinin köməkçisi ABŞ-ı "topa tutdu"

Putinin köməkçisi ABŞ-ı "topa tutdu"

ABŞ-ın Polşada taborlar yerləşdirməsi Rusiyanın mənafeyi və milli təhlükəsizliyi üçün ciddi təhdid yaradır. Axar.az xəbər verir ki, bu sözləri Kreml sözçüsü Dmitri Peskov deyib. "Üstəlik Avropa ölkəsi olmayan bir dövlətin sərhədlərimizdə öz hərbçilərini yerləşdirməsindən danışırıq. Xüsusilə əsgər sayı bizim üçün olduqca önəmlidir", - Kreml sözçüsü vurğulayıb.

Qeyd edək ki, rəsmi Vaşinqton "Sabit Atlantik Əməliyyatları" çərçivəsində Polşada 4 tabor yaratmağı planlaşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə