Əsəd ordusu Hələbdə qan tökdü: 8 nəfər öldü, 11 nəfər yaralandı

Əsəd ordusu Hələbdə qan tökdü: 8 nəfər öldü, 11 nəfər yaralandı

Suriyanın Hələb şəhərində rejim qüvvələrinin həyata keçirdiyi top atışları nəticəsində 8 dinc sakin həlak olub, 11-isə yaralanıb. Axar.az xəbər verir ki, ölənlərdən 4-nün azyaşlı olduğu bildirilib. Məlumata görə, dağıntılar altında da xeyli insanın qaldığı ehtimal edilir.

Atəşkəsin qüvvəyə mindiyi 30 dekabrdan bəri Əsədə sadiq qüvvələrin Dəməşq yaxnlığında Barada Vadisini ağır artilleriya atəşinə tutduğu da vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə