Böyük Britaniya və Konqo alimlərin birgə tədqiqat qrupu Konqo çayı hövzəsində geniş torfluğu ilk dəfə xəritələşdiriblər. Nəticədə dünyanın ən böyük tropik torfluğu aşkar edilib. Sciencedaily.com saytı xəbər verir ki, mərkəzi Konqo çayı hövzəsində yerləşən torfluğun ərazisi 144,500 kvadratkilometrdir və İngiltərənin ərazisindən böyükdür. Torfluğun orta dərinliyi 2.4 metr, lakin ən dərin nöqtəsi 5.9 metrdir. Küvet Sentral adlanan bataqlıq hövzənin 10 faizini tutur.
Qeyd edək ki, bu ərazilər dünyada karbonla ən zəngin ekosistemlər sayılır. Belə ki, onlar özündə otuz milyard ton karbon saxlayırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB