Sebastyan Kurts Sergey Lavrovla Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək
ATƏT-in hazırkı sədri, Avstriyanın xarici işlər naziri Sebastyan Kurts Rusiya xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrov ilə Moskvada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə edəcək. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova növbəti brifinqində məlumat verib. Xatırladaq ki, ATƏT-in sədri yanvarın 17-18-də Moskvaya səfər edəcək.
M.Zaxarovanın sözlərinə görə, S.Kurts və S.Lavrov Avstriyanın ATƏT-də sədrliyi dövründə regional münaqişələr, o cümlədən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çağırışları nəzərə almaqla qarşılıqlı fəaliyyəti müzakirə edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB