Ərdoğan: "Prezident mövqeyinə çatmaq üçün terrorçu olmaq lazım deyil"
"40 illik siyasi həyatımda gözüm hər zaman millətimdə oldu. Demokratiya, haqq və azadlıq məsələsi bəziləri üçün yalnız sözdən ibarət ola bilər. Amma biz bütün həyatımızı bu anlayışlara həsr etmişik". SİA-nın xəbərinə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan muxtarlar konfransında çıxışı zamanı deyib.
O bildirib ki, son illər Türkiyənin nələr yaşadığını hər kəs görür: " Eynilə birinci və ikinci dünya müharibələrindən sonra edildiyi kimi yeni bir dünya qurmağa və bizim üçün də rol seçməyə çalışırlar. Birinci dünya müharibəsindən sonra bizə biçilən kəfəni Çanaqqala, daha sonra isə istiqlalla cırıb atdıq. Aradan uzun illər keçməsinə baxmayaraq, bu gün ölkəmizə qarşı pis niyyətlərin olduğunu görürük. Köhnə hesablar hər fürsətdə qarşımıza çıxır. Terror, qardaş davası, siyasi xaos, iqtisadi böhran, çevriliş adı ilə qarşımıza çıxan bu hesablaşmalar bu gün də davam edir. Son 3 ildə yaşadıqlarımız köhnə hesablaşmaların nəticəsindən başqa bir şey deyil".
Terror təşkilatlarının yalnız maşadan ibarət olduğunu deyən Ərdoğan qeyd edib ki, Türkiyə əsl mübarizəni onların arxasındakı güclərlə apardığını çox yaxşı bilir: "Əgər maşaları qırmasaq, arxada dayanan güclərlə mübarizədə qazana bilmərik. Separatçı təşkilatı təsirsiz hala gətirmək üçün bütün tədbirlər həyata keçirilib. 15 iyul xəyanətinin səbəbkarı olan FETO ilə mübarizəmizi bütün cəbhələrdə davam etdiririk. Əli ən çox müsəlman qanına batan İŞİD adlanan terror təşkilatı həm öz torpaqlarımızda, həm bölgəmizdə bitirməyə qərarlıyıq. Biz özlərinə zaman qazananlara imkan verməmişik vermərik".
Türkiyə prezidenti qeyd edib ki, dünənə qədər İŞİD damı altında qan tökənlər bu gün başqa kimliklərlə qarşıya çıxırlar: "FETO ölkəmizə qarşı düşmənlərin əlinə imkan yaradan, satılmış təşkilat halına çevrilib. İllərcə bizə bu təşkilatları, əməkdaşlıq etdikləri qanuni quruluş olaraq göstərməyə çalışanların belə söyləyəcək sözləri qalmayıb. Bizə xəyanət edənlərə ölkəmizdə yer yoxdur və olmayacaq. Əgər bu ölkənin övladısansa, vətəndaşlıq vəzifəsini yerinə yetirib dincimizi pozmadan bu ölkədə yüksək şəraitdə yaşayacaqsan. Buna hər tərəfli haqqın da var. Bu ölkədə prezident mövqeyinə çatmaq üçün terrorçu olmaq lazım deyil ki... Kürd olub ölkə başçısı olan böyüklərimiz olub. Bu yol heç kim üçün bağlı deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB