ABŞ-ın dövlət katibi Con Kerri Gürcüstana qısamüddətli səfər edib. SİA "apsny.ge" saytına istinadən xəbər verir ki, Kerrinin təyyarəsi Tiflis hava limanına enib. Burada o, Gürcüstan xarici işlər nazirinin birinci müavini David Zalkaliani ilə görüşüb. Görüşdə ABŞ-Gürcüstan əməkdaşlığı müzakirə edilib, iki ölkənin strateji tərəfdaşlığının əhəmiyyəti vurğulanıb. Zalkaliani ABŞ hökumətinə, şəxsən Kerriyə Gürcüstana verdiyi dəstəyə görə təşəkkürünü bildirib.
C. Kerri isə Gürcüstanın regionda vacib ölkə olduğunu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB