Türkiyə Konstitusiyasına dəyişikliklərlə bağlı təklifin üçüncü maddəsi qəbul edilib

Türkiyə Konstitusiyasına dəyişikliklərlə bağlı təklifin üçüncü maddəsi qəbul edilib

Türkiyə Böyük Millət Məclisi ölkə konstitusiyasına dəyişikliklərlə bağlı təklifin üçüncü maddəsini qəbul edib. Anadolu agentliyi xəbər verir ki, maddənin lehinə 341, əleyhinə isə 139 səs verilib. Gizli səsverməyə 485 deputat qatılıb. Təklifin üçüncü maddəsinə əsasən seçkilərdə iştirak üçün minimum yaş həddi 25-dən 18-ə endirilir, həmçinin hərbi qulluqçular millət vəkilliyinə namizədliklərini irəli sürə bilməzlər.

Bütün xəbərlər Facebook səhifəmizdə