Əfqanıstanda səfir yaralanıb

Əfqanıstanın Qəndəhar əyalətində baş verən partlayış nəticəsində BƏƏ-nin bu ölkədəki səfiri yaralanıb.

SİA-nın xarici mətbuata istinadən məlumatına görə, terror aktı əyalətin qubernatoru Hamayun Əzizinin qonaq evində BƏƏ səfiri ilə görüş zamanı baş verib.

İlkin məlumatlara görə, ümumilikdə partlayış nəticəsində dörd ərəb mühafizəçi daxil olmaqla 9 nəfər ölüb, 16 nəfər yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə