Şaxtalı hava can aldı

Avropa qitəsini cənginə alan şaxtalı hava səbəbindən Polşada daha 6 nəfər ölüb. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, bundan əvvəl 10 nəfərin öldüyü haqda məlumat verilib. Beləliklə, noyabr ayından bəri Polşada soyuqdəymədən ölənlərin sayı 71-ə çatıb.

Polşada havalar ötən həftənin axırından qəflətən soyumağa başlayıb. Bəzi yerlərdə 37 dərəcə şaxta qeydə alınıb. Bu ölkədə ən soyuq hava rekordu 1940-cı ildə mənfi 41 dərəcə qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə