Polis idarəsinə hücum edildi ölən və yaralı var

Polis idarəsinə hücum edildi ölən və yaralı var

Türkiyənin Qaziantep vilayətində polis idarəsinə silahlı hücum olub. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, 3 terroçudan biri binaya daxil olmağa cəhd edib. Silahlı hücum nəticəsində onlardan biri öldürülüb, birinin qaçdığı digərinin isə polis idarəsi ərazisində yerləşən otoparkda mühasirəyə alındığı deyilir. Məlumata əsasən atışma zamanı polis əməkdaşı yaralanıb. Hadisə yerinə çoxlu sayda təcili yardım cəlb edilib. Terrorçulardan birinin kamikadze olduğu da deyilir.

Bütün xəbərlər Facebook səhifəmizdə