Hörmüz boğazında ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "Mahan" gəmisinə sürətlə yaxınlaşan 4 İran katerinə xəbərdarlıq atəşi açmışıq. Axar.az xəbər verir ki, bunu Pentaqon sözçüsü Ceff Deviz açıqlayıb. "İran İslam İnqilabı Keşikçiləri Korpusuna aid 4 ədəd sahil təhlükəsizlik kateri yüksək sürətlə ABŞ-ın "Mahan" gəmisinə yaxınlaşıb. Edilən xəbərdarlığa baxmayaraq, 80 metrə qədər yaxınlaşan katerlərə xəbərdarlıq atəşi açıldı. Bundan sonra katerlər uzaqlaşmağa başladı", - sözçü vurğulayıb.
Qeyd edək ki, 2016-cı il ərazində tərəflər arasında 35 bənzər hadisə yaşanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB