Qvatemalada 6 turist donaraq ölüb

Qvatemalada 6 turist donaraq ölüb

Qvatemalada Akatenanqo vulkanına qalxarkən donub ölənlərin sayı 6 nəfərə çatıb. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 3 nəfərin öldüyü bildirilirdi. Yanvarın 7-də iki turist qrupu vulkana qalxmağa başlayıb. Lakin sonra havanın temperaturu kəskin aşağı düşüb, güclü külək turistlərin çadırlarını dağıdıb.

Məlumata əsasən, 2 nəfərin həyatını xilas etmək mümkün olub. Hadisə yerində xilasedici əməliyyat davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə