Türkiyədə kəskin hava şəraiti ilə əlaqədar İstanbul başqa olmaqla, bir sıra vilayətlərdə məktəblər bağlanıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, İstanbul Valisi hava şəraitini nəzərə alaraq dövlət müəssisə və orqanlarında iş saatının Türkiyə vaxtı ilə 15:30-a qısaldılması haqqında açıqlama yayıb. Açıqlamada bildirilir ki, İstanbul Valisi vilayətdə davam edən qar və meteoroloji qiymətləndirmələrə görə yağıntının artması ilə bağlı xəbərdarlığı nəzərə alaraq bu gün üçün iş saatının qısaldılması haqqında qərar verib. Bu qərar həmçinin hava şəraiti ilə bağlı yollardakı sıxlıq və qəzaların qarşısının alınmasına xidmət edir. Açıqlamaya əsasən, qurumlarda zəruri xidmətlərin aparılması üçün personalın ayrılması, eləcə də vəzifəsini icra etmək məcburiyyətində olan təşkilatlara iş saatının qısaldılması barədə qərarın icrası həmin müəssisələrin rəhbərlərinin ixtiyarına buraxılıb.
Məlumat üçün nəzərinizə çatdıraq ki, Türkiyədə yağan qarın artacağı və kəskin hava şəraitinin gecəyə qədər davam edəcəyi açıqlanıb.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB