İraqdakı partlayışda 12 nəfər ölüb

İraqdakı partlayışda 12 nəfər ölüb

İraqın paytaxtı Bağdadda yenidən partlayış olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, bomba ilə yüklənmiş avtomobil Bağdadın şərq hissəsində partlayıb. Hadisə nəticəsində azı 12 nəfər ölüb, 50 nəfər yaralanıb.

Qeyd edək ki, yanvarın 5-də Bağdadın Bab əl-Muazam rayonunda baş vermiş partlayış nəticəsində 10 nəfər ölüb, 21 nəfər yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə