Türkiyə ordusu İŞİD-in hədəflərini bombalayıb

Türkiyə ordusu İŞİD-in hədəflərini bombalayıb

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Əl-Bab bölgəsində həyata keçirdiyi "Fərat qalxanı" əməliyyatı nəticəsində İŞİD terror təşkilatına məxsus 35 hədəf bombalanıb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, bombardman nəticəsində 3-ü yüksək rütbəli olmaqla 37 terrorçu məhv edilib.

Keçirilən əməliyyatlar nəticəsində terrorçuların 18 müdafiə barrikadası, 5 nəzarət nöqtəsi, 3 zirehli maşını, 2 qərargah binası və 7 sığınacağı məhv edilib.

İŞİD terrorçuları ilə atışmada bir türk əsgəri şəhid olub.

Bütün xəbərlər Facebook səhifəmizdə