Rusiya ilə münasibətləri gərginləşdirmək yalnız axmaqlara sərf edir. Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın 45-ci Prezidenti Donald Tramp deyib. O bildirib ki, prezident səlahiyyətlərinin icrasına başladıqdan sonra Rusiya ABŞ-a daha çox hörmət edəcək:
"Rusiya ilə yaxşı əlaqələr yaratmaq yaxşı şeydir. Yalnız axmaqlar belə düşünə bilər ki, Rusiya ilə gərgin münasibətlər yaxşı haldır. Hər iki ölkə dünya üçün daha yaxşı işlər görə bilər".
Qeyd edək ki, Tramp dünən verdiyi açıqlamada Rusiyanın ABŞ-da 8 noyabr seçkilərinə etdiyi müdaxilənin heç bir təsirə malik olmadığını bildirmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB