"Rusiya ABŞ-dakı seçkilərə müdaxilə edib" Obama

"Rusiya ABŞ-dakı seçkilərə müdaxilə edib" Obama

"Rusiya ABŞ-da keçirilən seçkilərə müdaxiə etməyi planlaşdırmışdı və müdaxilə etdi də". SİA-nın məlumatına görə, bunu ABŞ prezidenti Barak Obama ABC kanalına müsahibəsində deyib. ABŞ Milli Kəşfiyyatının hesabatına diqqət çəkən Obama bildirib ki, orda Rusiyanın seçkilərə müdaxiləsi ilə bağlı məlumatlar doğrudur: "Hesab edirəm ki, bu həqiqətdir, Rusiyanın müdaxiləsi olub".

Obama deyib ki, respublikaçılar öz ölkələrinin vətəndaşlarından daha çox Vladimir Putinə inanırlar: "Mən ondan narahatam ki, respublikaçılar və televizya şərhçiləri öz vətəndaşlarından daha çox Putinə etimad göstərirlər. Belə olmalı deyil. Biz başa düşməliyik ki, bir komandayıq və Putin bizim komandaya daxil deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə