İraq Federal Təhlükəsizlik qurumunun hərbçiləri Mosulda çeçen əsilli yaraqlıların rəhbərlik etdiyi qərərgahı ələ keçirib. SİA-nın məlumatına görə, bu barədə Sputnik agentliyi əməliyyatın komandiri Raid Şaker Caudata istinadən xəbər verir.
Qərərgahda İŞİD-in Mosulun müxtəlif ərazilərinə hücumlarını əks etdirən xəritə aşkarlanıb. Həmçinin, partlayıcı kəmər və maddələr tapılıb.
Qeyd edək ki, Mosulun azad edilməsi əməliyyatlarına ötən ilin oktyabr ayında başlanılıb. Koalisiyanın birgə əməliyyatları nəticəsində bölgənin şərq hissəsi azad olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB