Türkiyədə PKK-çılara qarşı əməliyyat keçirilib

Türkiyədə PKK-çılara qarşı əməliyyat keçirilib

Türkiyənin Şırnak vilayətində Qabar dağı bölgəsində PKK terror təşkilatına qarşı keçirilən əməliyyatlarda iki əsgər həlak olub, dördü yaralanıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, yaralı əsgərlər Siirt xəstəxanasına yerləşdiriliblər.

PKK-ya qarşı əməliyyatın davam etdiyi bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə