Yataqxanada yanğın 1 ölü, 9 yaralı

Yataqxanada yanğın 1 ölü, 9 yaralı

Moskvanın şimal-şərqində yerləşən yataqxanada yanğın olub. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, yanğın nəticəsində 1 nəfər ölüb, 9 nəfər zərər çəkib.

700 kvadratmetri əhatə edən yanğın söndürülüb.

Baş verən yanğını mürəkkəbliyinə görə beş ballıq şkala üzrə ikinci dərəcəli olduğunu açıqlanıb. Hadisə yerinə təcili yardım, eləcə də binadan təxliyyə edilən insanların isidilməsi üçün xüsusi avtobuslar cəlb edilib. Qeyd edək ki, Moskvada havanın temperaturu -27 dərəcə şaxtadan aşağı düşüb.

Yanğın baş verən ərazilərdə hərəkət məhdudlaşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə