Bolqarıstanda güclü qar fırtınası olub, 2 nəfər ölüb

Bolqarıstanda güclü qar fırtınası olub, 2 nəfər ölüb

Bolqarıstanda güclü qar fırtınası nəticəsində ölənlərin sayı 2 nəfərə çatıb. TASS agentliyinin verdiyi xəbərə görə, 400 yaşayış məntəqəsi elektrik enerjisi təchizatından məhrum olub. Ölkənin şimal-şərq bölgəsində nəqliyyatın hərəkəti iflic olub. Qatarlar böyük fasilələrlə işləyir. Sinoptiklər qeyr-sabit qarlı havanın yanvarın 8-dək davam edəcəyini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə