ABŞ-ın seçilmiş prezidenti Donald Tramp Meksika ilə sərhəddəki səddin dövlət büdcəsi hesabına tikilməsi üçün Konqresə müraciət edə bilər. Xarici KİV-lər xəbər verir ki, Tramp seçkiqabağı təşviqat kampaniyası zamanı Meksika ilə sərhəddəki səddin meksikalıların vəsaiti hesabına çəkmək niyyətində olduğunu dəfələrlə bəyan etmişdi.
Politico nəşrinin məlumatına əsasən, Trampın keçid komandasının nümayəndələri səddin tikintisini maliyyələşdirməsi üçün ABŞ Konqresinə təkliflə müraciət etmək niyyətindədir. Bu, 2006-cı ildə Corc Buş administrasiyası dövründə qəbul edilən və cənub sərhədində uzunluğu 1,1 min kilometrdən çox olan "fiziki səddin" tikintisinə icazə verən qanun layihəsi sayəsində mümkün ola bilər. Bu qanun layihəsinə səs verənlər arasında, həmçinin ABŞ-ın səlahiyyət müddəti başa çatmaqda olan prezidenti Barak Obama və keçmiş dövlət katibi Hillari Klinton da var.
Səddin tikintisinin maliyyələşməsi üzrə qərarın aprelin 28-də, ölkə büdcəsi barədə qanun layihəsinin müzakirəsi başa çatdıqdan sonra qəbul ediləcəyi bildirilir.
Bununla yanaşı, Trampın özü Twitter səhifəsində Meksika hökumətinin ABŞ-ın səddin tikintisinə xərclədiyi məbləği bütün hallarda qaytaracağını, layihənin Birləşmiş Ştatlar tərəfindən maliyyələşməsi qərarının isə tikinti prosesinin sürətləndirilməsi üçün vacib olduğunu yazıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB