"Rusiya Suriyada İŞİD-lə mübarizədə heç nə etməyib" Pentaqon rəhbəri
"ABŞ prezident Vladimir Putinə görə Rusiya ilə münasibətləri yoluna qoya bilmir". SİA-nın məlumatına görə, bunu öz postunu tərk etməyə hazırlaşan ABŞ-ın müdafiə naziri Eşton Karter The Wall Street Journal nəşrinə müsahibəsində bildirib. Onun sözlərinə görə, Rusiya liderinin apardığı siyasət onunla əlaqə qurulmasını çətinləşdirir. Pentaqon rəhbəri Rusiyanı Suriya siyasətinə görə də tənqid edib.
Karter hesab edir ki, Rusiya Suriyada İŞİD teror qruplaşması ilə mübarizədə heç nə etməyib: "Onlar Suriya hökuməti ilə birlikdə mötədil müxalifətə qarşı mübarizə aparırlar". Pentaqon rəhbəri əlavə edib ki, yeni Prezident Administrasiyasını, Konqresi ABŞ-ın Avropa müttəfiqlərini Rusiyanın müdaxiləsindən qorumaq üçün nəzərdə tutulan yardım proqramlarını maliyyələşdirməkdə davam etməyə çağırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB