Çinin Xenan əyalətində mədəndə qaz qarışımının partlaması nəticəsində ölənlərin sayı 12-yə çatıb. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, hadisə çərşənbə günü Çjençjou şəhər dairəsinin Denfen qəzasında baş verib. Partlayış anında yerin altında 51 nəfər olub, onlardan beşi ölüb, 39-u yer səthinə çıxa bilib, 7 nəfər isə yerin altında qapalı vəziyyətdə qalıb. Bu gün qəza hökuməti onların öldüyünü təsdiqləyib.
Partlayışa, çox güman ki, avadanlıqların səhv istismarı səbəb olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB