800 min ördǝk mǝhv ediləcək
Fransada soyqırımı

Fransada quş qripi virusunun qarşısını almaq üçün 800 min ördək mǝhv edilǝcǝk. Fransanın Kənd Təsərrüfatı Nazirliyindən verilǝn mǝlumata görǝ, ölkənin cənub-qərb bölgǝsindǝ 89 fǝrqli yerdǝ H5N8 virusu qeydǝ alınıb.

Virusun sürǝtlǝ yayılmasının qarşısını almaq mǝqsǝdilǝ Gers, Landes və Hautes-Pyrenees bölgələrindəki ördəklər yanvar ayında mǝhv edilǝcǝk.

Qeyd edǝk ki, noyabrın 26-da ölkənin şimalındakı Pas-de-Calais bölgəsində çöl quşlarında H5N8 virusu qeydǝ alınmışdı. Hǝmçinin Avropa İttifaqının ən böyük qanadlı heyvan istehsalçısı olan Fransanın cənub-qərb bölgəsində ötǝn il epidemiya yaşanmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə