ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın böyük qızı İvanka Tramp ailəsi ilə birlikdə təxminən bir əsr bundan əvvəl inşa edilmiş malikanəyə köçəcək. İstiPress-in məlumatına görə, İvanka Tramp Vaşinqtondakı yeni evində əri və iki övladı ilə birlikdə yaşayacaq. Artıq ailə 1923-cü ildə tikilmiş və qiyməti 5.5 milyon dollar olan 6 otaqlı evə köçməyə tədarük görür. Xatırladaq ki, İvanka Tramp atası Donald ABŞ prezidenti seçilənədək Nyu-York şəhərində yaşayıb.
Qeyd edək ki, İvankanın yeni malikanəsi indiki prezident Barak Obamanın prezidentlikdən əvvəl yaşadığı evdən cəmi iki məhəllə aralıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB