Suriyada stadionun qarşısında partlayış olub, 15 nəfər ölüb

Suriyada stadionun qarşısında partlayış olub, 15 nəfər ölüb

Suriyanın Cəbla şəhərində törədilən partlayış nəticəsində 15 nəfər ölüb, 45 nəfər isə yaralanıb. TASS-ın verdiyi xəbərə görə, terrorçu-kamikadzenin idarə etdiyi minalanmış avtomobil şəhər stadionunun qarşısında partladılıb. Partlayış nəticəsində bir neçə binaya ciddi ziyan dəyib, ərazidə dayanmış avtomobillər yanıb. Hələlik partlayışa görə heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə