Türkiyənin baş naziri Binali Yıldırımın bu gün İraqa planlaşdırılan səfəri təxirə salınıb. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, Binali Yıldırım yanvarın 7-də Bağdada səfərə gedəcək.
Səfər zamanı Türkiyənin Baş naziri iraqlı həmkarı Heydər əl-Abadi, həmçinin İraqın kürd administrasiyasının baş naziri Neçirvan Bərzani ilə görüşü planlaşdırılır.
Görüşlərdə Həmçinin Mosul əməliyyatı da müzakirə olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB