"Reina"ya hücum edən şəxsin milliyəti açıqlanıb

"Reina"ya hücum edən şəxsin milliyəti açıqlanıb

Türkiyədə yeni il gecəsi "Reina" gecə klubuna hücum edən şəxsin milliyəti məlum olub. SİA "Hürriyət"ə istinadən xəbər verir ki, bu barədə baş nazirin köməkçisi Veysi Kaynak açıqlama verib. Onun sözlərinə görə, kluba hücum edən şəxsin milliyətcə uyğur olma ehtimalı yüksəkdir.

Qeyd edək ki, yanvarın 1-də yerli vaxtla saat 01.15 (Bakı vaxtı ilə 02.15) radələrində naməlum silahlı şəxs İstanbuldakı "Reina" gecə klubuna daxil olaraq oradakı insanlara atəş açıb. Nəticədə 39 nəfər ölüb, 65 yaralanıb. Ölənlərdən biri Rusiya vətəndaşı olan azərbaycanlı, yaralılardan ikisi isə Azərbaycan vətəndaşıdır. .

Bütün xəbərlər Facebook səhifəmizdə