Kəndlilərə bəd xəbər Çölə çıxmağa qadağa qoyuldu

Kəndlilərə bəd xəbər Çölə çıxmağa qadağa qoyuldu

Türkiyənin Diyarbəkir valiliyi PKK terroruna qarşı həyata keçirilən əməliyyatla bağlı Lice bölgəsinə yaxın 10 kəndin əhalisinə çölə çıxmağı qadağan edib. SİA-nın xəbərinə görə, qadağa elanında bildirilib ki, belə bir qərarın verilməsində məqsəd bölgədə yaşayan insanların mal və can təhlükəsizliyini qorumaqdır.

Əməliyyatla bağlı elan edilən qadağa bu gün səhər saat 05:00-dan qüvvəyə minib. Onun bitmə müddəti haqqında məlumat veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə