Fransada Kosovonun sabiq baş naziri Ramuş Haradinay həbs edilib. APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, həbsin detalları açıqlanmır. 1998-1999-cu illərdə Kosovo albanlarının səhra komandiri olan R.Haradinay Serbiyada hərbi cinayətkar sayılır. 2012-ci ildə Haaqa Beynəlxalq məhkəməsi Ramuş Haradinay və hərbi cinayətlərlə bağlı daha iki nəfərə bəraət qazandırıb. R.Haradinay 2004-2005-ci illərdə qondarma Kosovo dövlətinin baş naziri olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB