Moldova Prezidenti İqor Dodonla qondarma Dnestryanı lideri Vadim Krasnoselski arasında Bender şəhərində keçirilən görüş baş tutub.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı qondarma respublikanın rəhbərinin mətbuat xidməti yayıb. Görüş zamanı tərəflər ilk növbədə təcili həll edilməsi vacib olan məsələləri müzakirə ediblər. Moldova Prezidenti İqor Dodon görüş zamanı tərəflərin yenidən bir araya gələcəyinə ümid etdiyini bildirib.
Qeyd edək ki, Dnestryanı Moldova ərazisidir. 1992-ci ildə Moskvanın aktiv dəstəyi ilə bu bölgə Kişinyovun nəzarətindən çıxıb. Bu ərazidə indiyə qədər Rusiya bazaları yerləşir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB