Sevgilisinin üstündən maşınla keçib

Sevgilisinin üstündən maşınla keçib

İngiltərədə 20 yaşlı qadın keçmiş sevgilisini avtomobillə əzərək xəstəxanalıq edib. SİA-nın Xarici mətbuata istinadən xəbərinə görə, Katie Lomas adlı qadın sərxoş vəziyyətdə maşını sevgilisinin üstünə sürüb nəticədə sevgilisi Dean Heaney beynindən ciddi zədə alıb. 2015-ci ildə yaşanan hadisədən sonra gənc qadına veriləcək cəza maraqla gözlənilirdi. Bugünlərdə keçirilən Məhkəmədə qadına verilmiş 2 illik həbs cəzası ictimaiyətə 100 saatlıq xidmət ilə əvəz edilib. Məhkəmənin bu qərarından razı qalan xanım qəhqəhə çəkərək gülüb. Hadisə sosial şəbəkədə də insanların marağına səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə