Ukrayna M-16 avtomatları istehsal edəcək

Ukrayna M-16 avtomatları istehsal edəcək

Ukrayna ABŞ-ın M-16 avtomatlarını istehsal edəcək. Axar.az xəbər verir ki, bu barədə informasiya "Ukroboronservis" dövlət şirkətinin saytında yer alıb. Artıq rəsmi Kiyevlə Amerikanın "Aeroskraft" şirkəti arasında razılaşma da imzalanıb.

Qeyd edək ki, "Aeroskraft" şirkəti ukraynalı emiqrant İqor Pasternyak tərəfindən yaradılıb. M-16 avtomatları demək olar ki, dünyanın əksər ölkələrində istifadə edilir. Avtomatlardan daha çox İsrail, Avstraliya, Fransa, Amerika, Kanada, Gürcüstan və digər ölkələr yararlanır.

Bütün xəbərlər Facebook səhifəmizdə