Mark Zukerberq ateizmdən imtina edib

Mark Zukerberq ateizmdən imtina edib

Feysbukun rəhbəri Mark Zukerberq ateizmdən imtina edib. Bu barədə informasiyanı "Quartz" nəşri yayıb. Qəzet Zukerberqin dekabrın 25-də paylaşdığı statusda yazılan şərhlərə diqqət yetirib.

Xristianlar və yəhudilərin bayramını təbrik edən Feysbuk rəhbərinə sosial şəbəkə istifadəçiləri "Siz ateist deyilsiniz?" sualını ünvanlayıblar. Zukerberq isə bunun qarşılığında xeyr cavabını verib: "Mən yəhudi kimi tərbiyə olunmuşam. Sonradan müəyyən şeylərdən şübhə etdiyim dövrdən keçmişəm, lakin indi hesab edirəm ki, din çox vacibdir".

Bütün xəbərlər Facebook səhifəmizdə