Malayziyada minlərlə insan daşqın səbəbindən evlərini tərk ediblər

Malayziyada minlərlə insan daşqın səbəbindən evlərini tərk ediblər

Malayziyanın şərq sahillərində güclü daşqın səbəbindən bir neçə min insan evlərini tərk etmək məcburiyyətində qalıb. Frans-Press agentliyinin məlumatına görə, Trenqqanu və Kelantan ştatlarının hakimiyyət orqanları məktəblərin bağlanması barədə qərar qəbul edib. Bu ştatlarda axtarış-xilasetmə işləri görülür. Qeyd edək ki, Malayziyada daşqın dörd gün yağan yağış nəticəsində baş verib.

Bütün xəbərlər Facebook səhifəmizdə