Bir qrup İŞİD yaraqlısı İraqın Samarra şəhərindəki polis məntəqəsinə hücum edib. TASS informasiya agentliyi xəbər verir ki, yaraqlılarla asayiş keşikçiləri arasında atışma olub. İŞİD tərəfdarları şəhərdəki bir neçə binanı ələ keçiriblər. Silahlı toqquşma zamanı azı beş nəfər həlak olub, bir neçə nəfər yaralanıb. Hücumda iştirak edən terrorçuların sayı barədə məlumat verilmir.
Hazırda Samarrada fövqəladə vəziyyət elan edilib. Şəhərə nizami ordu dəstələri yeridilib.
"Al-Arabiya" telekanalının İraq komandanlığına istinadla yaydığı son məlumata görə, güc strukturları polis məntəqəsinə hücum edən üç terrorçunu öldürüblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB