Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında İŞİD terror qruplaşmasına qarşı əməliyyatları davam etdirir. SİA "Anadolu" agentliyinə istinadən xəbər verir ki, avqustun 24-dən başlayan "Fərat qalxanı" əməliyyatı çərçivəsində İŞİD-in mövqelərinə havadan və qurudan zərbələr endirilib. Terror qruplaşmasına məxsus 103 hədəf məhv edilib. Türkiyə Silahlı Qüvvələrinin yaydığı məlumatda qeyd olunur ki, artilleriya zərbələri nəticəsində 22 terrorçu zərərsizləşdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB