İndoneziyada paytaxt Cakartadan Tidunq adasına hərəkət edən sərnişin bərəsində yanğın olub. "Anadolu" agentliyi xəbər verir ki, yanğın nəticəsində 23 nəfər ölüb. Yanğın gəminin yarısını əhatə edib.
Bərədə yanğın zamanı 247 sərnişin olub. Onlardan 194 nəfəri xilas edilib. Digər 30 nəfərin axtarışları davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB