Pan Gi Mun BMT-dən ayrıldı

BMT-nin Baş katibi Pan Gi Mun vəzifə səlahiyyətlərinin başa çatması ilə əlaqədar Nyu Yorkdakı Baş Assambleyada əməkdaşlarla görüşərək təşkilatdan ayrılıb.

Bloomberq agentliyinin xəbərinə görə, 10 ildir BMT-nin Baş katibi olmağından qürur duyduğunu vurğulayan Pan Gi Mun Times Meydanında Yeni il şənliklərinə qatılacaq.

BMT-nin doqquzuncu baş katibi seçilən portuqaliyalı Antonio Quttereş isə yanvarın 1-dən vəzifəsinin icrasına başlayacaq.

AZƏRTAC

Bütün xəbərlər Facebook səhifəmizdə