Rumıniya Prezidenti Klaus Yohannis sabiq kommunikasiya naziri Sorin Qrındeanunun Baş nazir vəzifəsinə namizədliyini qəbul edib. Sorin Qrındeanu parlament seçkilərində qalib gələn Sosial-Demokrat Partiyasının üzvüdür.
Koalisiya qurmuş Sosial-Demokrat Partiyası və parlament seçkilərində 6 faiz səs qazanan Demokratlar və Liberallar Alyansı (ALDE) Partiyası S.Qrındeanunun Baş nazir vəzifəsinə namizədliyini vermişdi. İki partiya yeni hökuməti birgə təşkil edəcək.
Yeni hökumətin parlament tərəfindən təsdiq edilməsi yanvarın birinci həftəsində gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB