ŞOK: ABŞ hökuməti 35 rusiyalı diplomatı ölkədən çıxarır

ŞOK: ABŞ hökuməti 35 rusiyalı diplomatı ölkədən çıxarır

ABŞ hökuməti ölkədən 35 rusiyalı diplomatı çıxarır. Bu barədə "Röyters"ə Amerika administrasiyasından bildirilib. Məlumata görə, onlar diplomatik fəaliyyətin qaydalarını pozmaqda ittiham olunurlar. Diplomatlar 72 saat ərzində Vaşinqton və San-Fransiskodan çıxarılacaqlar. Bundan başqa, ABŞ hökuməti Rusiyanın Merilənd və Nyu-Yorkdakı diplomatik nümayəndəliklərini bağlamağı qərara alıb. ABŞ rəhbərliyi qeyd olunan diplomatik nümayəndəliklərin kəşfiyyat məqsədləri üçün istifadə edildiyini iddia edir.

Bütün xəbərlər Facebook səhifəmizdə