ŞOK: Yunanıstan səfiri Braziliyada itkin düşüb

ŞOK: Yunanıstan səfiri Braziliyada itkin düşüb

Yunanıstanın Braziliyadakı səfiri Kiriakos Amiridis Rio-de-Janeyroda itkin düşüb. Trend "TASS" agentliyinə istinadən xəbər verir ki, sonuncu dəfə diplomat həftənin bazarertəsi görünüb. Braziliya polisi hazırda səfirin axtarışı ilə məşğuldur. Qeyd edək ki, səfirlik Braziliyanın paytaxtında yerləşir. Səfir isə, Rio-de-Janeyroya yeni il tətilini keçirməyə gedib.

Bütün xəbərlər Facebook səhifəmizdə