Suriyada münaqişə tərəfləri arasında atəşkəsin bərpası və sülh danışıqlarına hazırlıq barədə razılıq əldə olunub. SİA-nın RİA Novostiyə istinadən məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin xarici işlər və müdafiə nazirləri ilə görüşündə deyib.
"Biz bir qədər əvvəl nəinki uzun müddət gözlədiyimiz, hətta reallaşması üçün üzərində çox çalışdığımız bir xəbər aldıq. Belə ki, üç sənəd imzalanıb. Birinci sənəd Suriya hökuməti ilə silahlı müxalifət arasında atəşkəslə bağlıdır. İkinci sənəd atəşkəs rejiminə nəzarət edilməsinə dair kompleks tədbirlər, üçüncü sənəd isə sülh danışıqlarına hazırlıq barədədir", deyə Putin əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB