Rusiyada Tu-154 təyyarələrinin uçuşları dayandırılıb. SİA RİA Novostiyə istinadən məlumat verir ki, bunu Rusiya Silahlı Qüvvələrinin Aviasiya uçuşlarının təhlükəsizliyi xidmətinin rəisi, general-leytenant Sergey Baynetov deyib. Onun sözlərinə görə, bir neçə gün əvvəl baş vermiş qəzanın səbəbləri müəyyən olunanadək uçuşlar yerinə yetirilməyəcək.
Xatırladaq ki, bir neçə gün əvvəl Rusiyadan Suriyaya uçan Tu-154 təyyarəsinin Qara dəniz üzərində qəzaya uğraması nəticəsinə 92 nəfər həlak olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB