İsveçin paytaxtı Stokholmun Arlanda aeroportundan qalxan "Airbus" А320 təyyarəsi bir neçə dəqiqə sonra geri qayıdaraq təcili eniş etməli olub.
Trend "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, buna səbəb təyyarənin mühərriklərindən birində baş verən yanğın olub. Məlumata görə, eniş normal başa çatıb və yanğın söndürülüb. Təyyarədəki sərnişinlərin sayı açıqlanmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB