Pakistanda 32 nəfər spirtli içkidən zəhərlənib öldü

Pakistanda 32 nəfər spirtli içkidən zəhərlənib öldü

Dünən Pakistanda 32 nəfər keyfiyyətsiz spirtli içkidən zəhərlənərək ölüb. Bu barədə "BBC News" xəbər yayıb. Hadisə Pəncab vilayətində baş verib. Xristianlar Milad bayramını qeyd etmək üçün spirtli içki məclisi qurublar. Nəticədə 30 xristian və 2 müsəlman zəhərlənib. Daha 60 nəfər xəstəxanaya çatdırılıb. İlkin ehtimala əsasən içkiyə metanol əlavə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə