Hakerlər tərəfindən ələ keçirilən "Sony Music Global"ın "twitter" hesabından dünya şöhrətli müğənni Britni Spirsin öldüyü xəbəri paylaşılıb. SİA-nın xarici mətbuata istinadən xəbərinə görə, şirkətin adından "Rahat yat Britni, 1981-2016-cı il, Britni Spirs qəza nəticəsində həyatını itirdi, detalları çox yaxında bölüşəcəyik" kimi yazılar dərc olunub. Daha sonra hər iki mesaj səhifədən silinib. Müğənninin prodüseri, CNN kanalına açıqlamasında, 35 yaşlı Spirsin həyatda olduğunu deyib. Şirkət onun adından yalandan paylaşılan bu xəbərə görə, istifadəçilərdən üzr istəyib.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB