2003-cü ildən bu yana İraqda 455 jurnalist öldürülüb. SİA-nın "Anadolu" agentliyinə istinadən məlumatına görə, bu barədə İraq Jurnalistlər İttifaqının hesabatında deyilir. Hesabatda vurğulanır ki, təkcə bu il İŞİD tərəfindən 20 jurnalist öldürülüb. Onların çoxu Mosulda qətlə yetirilib. Qeyd edilib ki, hüququn, qanunların olmadığı ölkədə jurnalist peşəsi ilə məşğul olmaq risklidir: "Bu il İraqda jurnalistlər çoxlu faciələrlər üzləşib, onların təhlükəsizliyi üçün heç bir təminat yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB