Rusiya təyyarəsinin qara qutusu tapılıb

Rusiya təyyarəsinin qara qutusu tapılıb

Dalğıclar Rusiya Müdafiə Nazirliyinin "Tu-154" təyyarəsinin Qara dənizdə qəzaya uğradığı yerdə qara qutu tapıblar. Bu barədə TASS-a güc strukturları məlumat verilib. Güc strukturları bildiriblər ki, axtarış işləri zamanı təyyarənin kabinəsinin altında bir qara qutu tapılıb. Yaxın vaxtlarda sudan çıxarılacaq. Daha iki bort qara qutu təyyarənin quyruq hissəsində yerləşir. Onlar hələ tapılmayıb.

Təyyarənin qəzaya uğradığı ərazidə həlak olanların cəsədləri aşkarlanıb. "Axtarış işləri zamanı həlak olanların xeyli sayda qalıqları və üç cəsəd aşkar edilib", - deyə mənbə bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə